25 C
Baku
Friday, April 19, 2024

Gürcüstan “qırmızı” zonaya keçib

 

“Gürcüstanda epidemioloji vəziyyəti müəyyən edən bütün göstəricilər pisləşib. Ölkə “narıncı” zonadan “qırmızı” zonaya keçib”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət narahatlıq doğurur:

“Məhdudiyyətlərin tətbiqi ilə bağlı Koordinasiya Şurasına tövsiyələr artıq təqdim olunub. Epidemioloji vəziyyət pisləşməyə davam edərsə, daha sərt məhdudiyyətlərə ehtiyac yaranacaq”.

 

Son xəbərlər
Digər xəbərlər