10 C
Baku
Tuesday, March 5, 2024

Gürcüstan Rusiya ilə viza rejiminin tətbiqi məsələsini nəzərdən keçirmir

Gürcüstan hökuməti Rusiya vətəndaşlarına viza rejiminin tətbiq olunması məsələsini nəzərdən keçirmir.

Bunu bu gün hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Əlbəttə ki, viza rejiminin tətbiq olunması məsələsi heç bir halda nəzərdən keçirilmir”, – deyə Kobaxidze Rusiyanın qismən səfərbərlik qərarını şərh edərkən əlavə edib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti hər hansı təhlükəni gözdən qaçırmamaq üçün hazırkı vəziyyətdə olduqca sayıq və ehtiyatlı olmalıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər