1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan Rusiya ilə qaz danışıqları aparır

Dekabrın 13-dən başlayaraq Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze Vyanada Rusiya energetika şirkətləri ilə danışıqlar aparır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, “Qazprom” şirkəti ilə işçi xarakterli görüş Gürcüstan və Rusiya arasında mövcud olan və hər il ənənəvi şəkildə yenidən imzalanan müqavilə çərçivəsində keçirilib. Aparılan danışıqları Kaxa Kaladze və Gürcüstanın iqtisadiyyat naziri Giorgi Qaxaria müsbət qiymətləndiriblər. Q. Qaxaria danışıqlar çərçivəsində texniki problemlərin həll olunacağını da istisna etməyib.

Energetika nazirliyindən bildirilib ki, “Qazprom Eksport”la müqavilənin əsas məzmunu Gürcüstan vasitəsilə Ermənistana təbii qazın nəqli ilə bağlıdır.

Sabah Kaxa Kaladzenin Rusiyanın daha bir şirkəti olan “İnter RAO”nun rəhbəliyi ilə görüşü gözlənilir.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildə Rusiya qazının alınmasını dayandırıb. Hazırda Gürcüstan Ermənistana Rusiya qazının öz ərazisindən tranzit yolu ilə ötürülməsinin ümumi həcminin 10%-ni alır. 2016-cı ildə Rusiya ilə müqavilənin aprel ayınadək təxirə salınmasında məqsəd “Qazprom”un tranzit yolu ilə ötürdüyü qazın dəyərini qaz ilə deyil, pul ilə ödəmək idi. Danışıqlardan sonra Gürcüstan əsas qaz idxalçısı olan Azərbaycan ilə razılaşdıqdan sonra Azərbaycan 2016-cı ilin əvvəlində qaz tədarükü həcmini artırmağa razılaşıb və sonda Rusiyanın təklifi qəbul edilməyib.

Son xəbərlər
Digər xəbərlər