Gürcüstanın Rusiya ilə sərhədi bağlaması üçün heç bir səbəb yoxdur.
Bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, o sərhəd-keçid məntəqəsində nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edib.
Nazir müxalifətin 200 mindən çox rusiyalının Gürcüstana daxil olması ilə bağlı məlumatlarının doğru olmadığını vurğulayıb.
Onun sözlərinə görə, son günlərdə Rusiya-Gürcüstan sərhədini gündəlik 10 min nəfər keçir və bu sentyabrın 21-dən öncəki göstərici ilə müqayisədə 40-45% çoxdur.
Qomelauri Gürcüstana gələn rusiyalıların təxminən 60%-nin artıq ölkəni tərk etdiyini deyib.
Qeyd edək ki, Gürcüstanın müxalif “Aqmaşenebeli Strategiyası” partiyası müharibə başladıqdan sonra təxminən 200 min rusiyalının Gürcüstana gəldiyini və artıq ölkə əhalisinin 10%-ni təşkil etdiyini açıqlayıb. Partiya ölkə rəhbərliyinə Rusiya vətəndaşlarına viza rejiminin tətbiq edilməsinə çağırış edib.