Gürcüstan hökuməti Rusiya vətəndaşlarına viza rejiminin tətbiq olunması məsələsini nəzərdən keçirmir.
Bunu bu gün hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə deyib.
“Əlbəttə ki, viza rejiminin tətbiq olunması məsələsi heç bir halda nəzərdən keçirilmir”, – deyə Kobaxidze Rusiyanın qismən səfərbərlik qərarını şərh edərkən əlavə edib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti hər hansı təhlükəni gözdən qaçırmamaq üçün hazırkı vəziyyətdə olduqca sayıq və ehtiyatlı olmalıdır.