“Gürcüstan Rusiyadan başqa koronavirus əlyehinə peyvənd istehsal edən bütün ölkələrlə danışıqlar aparır”.
Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili “Rustavi 2” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, istehsalçılarla yanaşı, demək olar bütün ölkələrlə də iş aparılır:
“Biz yalnız Rusiya tərəfi ilə əməkdaşlıq etmirik, çünki onlarla diplomatik əlaqələrimiz mövcud deyil”.
Nazir müavini həmçinin bildirib ki, Hindistanda Gürcüstanın iki vətəndaşının koronavirusa yoluxduğu təsdiqlənib və onların vəziyyəti nəzarət altında saxlanılır.