9 C
Baku
Thursday, December 12, 2024

“Gürcüstan Rusiyaya iqtisadi sanksiyalar tətbiq edə bilməz”

Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq edə bilməz.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Gürcüstanın öz təhlükəsizlik çağırışları və milli maraqları var.

“Biz aydın şəkildə bəyan etdik ki, Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq edə bilməz. Biz bununla bağlı çox açığıq, bizim öz milli maraqlarımız var. Bizim öz təhlükəsizlik çağırışlarımız var, iqtisadi çağırışlarımız var. Bizim motivasiyamız budur. Gürcüstan Rusiyaya milli iqtisadi sanksiyalar tətbiq etməyən yeganə ölkə deyil. Ölkəmizin həssaslığına görə. Çünki siz Rusiya tərəfindən işğal edilmiş çox ölkə görə bilməzsiniz. Ölkəmizin coğrafiyasını da nəzərə alsanız, bizim mövqeyimizi asanlıqla başa düşə bilərsiniz. Mən hökumət başçısı olaraq əhalimizin təhlükəsizliyi barəsində düşünməliyəm”, – deyə Qaribaşvili vurğulayıb.

Baş nazir qeyd edib ki, Gürcüstan qlobal maliyyə sisteminin bir parçasıdır və Ukraynanın işğalı ilə əlaqədar adekvat reaksiya verib:

“Biz ictimaiyyətə bəyan etdik ki, sanksiyalara məruz qalmış hər hansı bir şirkətin Gürcüstanı sanksiyalardan yan keçmək məqsədilə istifadə etməsinə icazə verilməyəcək. Bunun aydın nümunəsi VTB bankdır”.

Qaribaşvili 2008-ci ildə Rusiyanın suveren ölkə olan Gürcüstanın ərazilərinin 20 faizini işğal etdiyini, lakin dünyanın buna kifayət qədər diqqət ayırmadığını vurğulayıb.

“Dünya adekvat və müvafiq reaksiya göstərmədi. Rusiyaya heç bir sanksiya tətbiq edilmədi”, – Baş nazir bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər