35 C
Baku
Tuesday, June 18, 2024

Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

Gürcüstan gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Laşa Xutsişvili məlumat verib.

“Robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar”, – deyə Xutsişvili vurğulayıb.

Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər