3 C
Baku
Monday, December 29, 2025

Gürcüstan səyahətini “Atəşgah”la sığortala

®Gürcüstan hökumətinin qərarına əsasən, 1 yanvar 2026-cı ildən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə olduqları müddətdə qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Bu tələb turizm, işgüzar və tranzit məqsədilə səfər edən hər kəsə şamil edilir.

Yeni qaydalara görə, sığortanın minimum təminat məbləği 30 000 (GEL) təşkil etməlidir. Tibbi sığorta həm Gürcüstan, həm də xarici sığorta şirkətləri tərəfindən təqdim oluna bilər.

Səfər zamanı gözlənilməz tibbi xərclərdən qorunmaq üçün əvvəlcədən sığortalanmaq vacibdir. Bu məqsədlə “Atəşgah” Sığorta Şirkətinin Səfər Sığortası çərçivəsində təqdim olunan tibbi sığorta paketlərindən istifadə etmək mümkündür.Bu sığorta səfər müddətində tibbi yardım və bədbəxt hadisələrdən sığorta qorunmasını əhatə edir.

Son xəbərlər
Digər xəbərlər