20 C
Baku
Tuesday, March 18, 2025

Gürcüstan şirkəti Azərbaycan bazarına daxil olur

Gürcüstanda qeydiyyatda olan “RBC Logistic” Azərbaycan bazarına daxil olur.

Banker.az xəbər verir ki, keçən həftə logistika şirkəti “RBS Logistics Azerbaijan” MMC Azərbaycanda qeydiyyata alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 15, ofis 63 (11-ci mərtəbə) olaraq göstərilib.

“RBS Logistics Azerbaijan”ın nizamnamə kapitalı 100.00 AZN təşkil edir, onun baş icraçı direktoru isə Gürcüstan vətəndaşı Roman Bebia təyin olunub. O həm də ana şirkətin rəhbəridir.

“RBS Logistics” 2011-ci ildə yaradılıb və Qafqaz regionunda ekspeditor şirkəti kimi tanınır. Şirkət ağır yüklərin və təhlükəli maddələrin daşınmasında ixtisaslaşıb. Şirkət hava yolu ilə təhlükəli yüklərin daşınması da daxil olmaqla, müxtəlif nəqliyyat və logistika həlləri təklif edir.

Son xəbərlər
Digər xəbərlər