5 C
Baku
Saturday, December 27, 2025

Gürcüstan uçot dərəcəsini artırıb

Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 7%-ə qaldırıb.

Investing.ru saytı xəbər verir ki, buna səbəb inflyasiyanın sürətlənməsi göstərilib.

Mart ayında aylıq müqayisədə Gürcüstanda 0,5% deflyasiya qeydə alınsa da, illik inflıyasiya 5,4%-ə çatıb. Qeyd edək ki, ötən ilin analoji dövründə illik inflyasiya 4,1% təşkil edib.

Gürcüstan Mərkəzi Bankının növbəti iclası iyun ayının 14-də keçiriləcək. Report xəbər verir ki, son 2 həftədə Gürcüstan milli valyutası – lari ABŞ dolları ilə müqayisədə 3% ucuzlaşıb və hazırda məzənnə 3,44 GEL/USD-yə çatıb.

Son xəbərlər
Digər xəbərlər