Turizm bərpa edilmədiyi təqdirdə 2021-ci ildə Gürcüstanın iqtisadi artımı 1% təşkil edəcək.
Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze belə deyib.
Onun sözlərinə görə epidemioloji vəziyyət yaxşılaşacağı təqdirdə cari ilin ikinci yarısında turizm sektorunun bərpası ilə iqtisadi böyümə 4%-dək yüksələ bilər.
K. Qvenetadze bildirib ki, ilkin hesablamalara əsasən, pandemiya səbəbindən Gürcüstan iqtisadiyyatı 2020-ci ildə 6,1% azalacağı gözlənilir.