2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan Ukrayna bəyanatını absurd adlandırıb

Rusiya ilə sanksiyaya məruz qalan məhsulların qaçaqmalçılıq yolu ilə Gürcüstan ərazisindən keçirilməsinə dair razılığın əldə olunması barədə bəyanatlar tamamilə əsassız və absurd ittihamdır.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, beynəlxalq ictimaiyyət tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyi ilk günlərdən Gürcüstan bütün gömrük-keçid məntəqələrində ciddi nəzarət, ölkəyə daxil olan və ölkədən çıxan yüklərin monitorinqini həyata keçirir.

 

“Gürcüstan Maliyyə Nazirliyi tam məsuliyyəti ilə bəyan edir ki, istənilən növ, həm hərbi, həm də ikili təyinatlı mallar, eləcə də sanksiyalar siyahısına daxil edilmiş bütün məhsullar Gürcüstan hökuməti tərəfindən ciddi gömrük nəzarətindən keçirilir. Bu barədə bütün beynəlxalq tərəfdaşlarımız ətraflı məlumatlandırılır. Gürcüstan bu istiqamətdə ciddi nəzarəti davam etdirəcək və tərəfdaşları ilə məlumatları bölüşəcək”, – məlumatda deyilir.

 

Ukrayna Baş nazirinin müavini İrina Vereşuk “Formula” telekanlının efirində bildirib ki, Gürcüstan Rusiyaya hərbi texnika və ehtiyat hissələrinin qaçaqmalçılığı üçün öz ərazisini təqdim edir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən də vurğulanıb ki, Rusiya sanskiyaya məruz qalan məhsulların qaçaqmalçılığı üçün Gürcüstan ərazisi vasitəsilə kanallar yaradır.

 

 

Son xəbərlər
Digər xəbərlər