24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Gürcüstan, Ukrayna və Moldova “Şərq Tərəfdaşlığı” ilə bağlı Aİ-yə müraciət edib

Screen Shot 2021 09 02 at 14.34.20

Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi və təşkilata üzv ölkələrin XİN başçılarına birgə məktub ünvanlayıblar.

Bu barədə Gürcüstan XİN-dən bildirilib.

Məktubda qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Aİ-yə yaxınlaşmaq, siyasi dialoqun möhkəmlənməsi, iqtisadi inteqrasiya, ittifaqa və daxili bazara tədricən və tam yaxınlaşma üçün yeni imkanlar yaratmalıdır.

XİN başçıları vurğulayıblar ki, Gürcüstan, Ukrayna və Moldova Aİ ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya prosesinin təşviqi üçün Assosiasiya haqqında saziş çərçivəsində öhdəliklər götürüb: “Assosiasiyalı tərəfdaşların ortaq fikri ondan ibarətdir ki, “Şərq Tərəfdaşlığı” maraqlı olan və sadiq tərəfdaşlar üçün əməkdaşlıqla bağlı yeni üfüqlər açmalıdır. Bu da onlara Aİ ilə siyasi dialoq və iqtisadi inteqrasiyanı dərinləşdirməyə imkan verə bilər. “Şərq Tərəfdaşlığı”nın uğur və aktuallığını qoruyub saxlamaq üçün tərəfdaşlıq yeni reallıq və bütün tərəfdaşların tələblərinə daha yaxşı adaptasiya olunmalıdır”.

Üç ölkənin XİN başçısı birgə müraciətlərində “Şərq Tərəfdaşlığı” və Aİ-nin regiondakı transformativ rolunun gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Sənəddə həmçinin Aİ-nin münaqişələrin həllindəki rolunun artırılması, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, üç ölkədə Assosiasiya haqqında sazişlə nəzərdə tutulan islahatların dəstəklənməsi istiqamətində ittifaqın köməyinin əhəmiyyəti də qeyd olunub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər