Gürcüstan Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı “ikinci cəbhə” açmaq fikrində olmadığını bildirib.
Banker.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.
“Ukraynada bədbəxtlik baş verir. Biz sülhü, sabitliyi qoruyub saxlamalı, inkişafı təşviq etməliyik. Gürcüstanda ikinci cəbhə olmayacaq. Biz buna imkan verməyəcəyik və vətəndaşlarımızı və dövlətimizi qorumağa davam edəcəyik”, – deyə İrakli söyləyib.
Xatırladaq ki, martın 31-ində Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalarda iştirak edir.