28 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan və Türkiyə ikinci rübdə Azərbaycandan elektrik enerji alışını kəskin artırıb

2020-ci ilin ikinci rübü (aprel-iyun) ərzində Azərbaycanın xaricə satdığı elektrik enerjisinin həcmi 545.54 mln. kVt/s olub. Bu da Azərbaycana 23.79 mln. ABŞ dolları həcmində bu enerjinin satışına görə valyuta daxil olması deməkdir.  Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xaricə satılan elektrik enerjisinin əsas hissəsini (75%) 409.3 mln. kVt/s olmaqla Gürcüstana, 70.58 kVt/s Türkiyəyə və 57.22 mln. kVt/s həcmini isə Rusiya Federasiyasına satıb.

Cari ilin ilk rübündə isə Azərbaycan Gürcüstana 281.1 mln. kVt/s, Rusiya Federasiyasına 71,47 mln. kVt/s və Türkiyəyə isə 22,058.44 mln. kVt/s elektrik enerjisi satıb.

Azərbaycandan Gürcüstana ixrac edilən elektrik enerjisnin hər kVt/s-ı 0.0422 dollara, Rusiyaya 0.0501 dollar, Türkiyəyə isə 0.0481 dollara başa gəlmişdir.

İxrac olunan ölkə Yanvar-iyun 1-ci rüb 2-ci rüb
min kVt/s min USD min kVt/s min USD min kVt/s min USD
Rusiya 128686.56 7803.78 71469.78 4933.65 57216.78 2870.13
Gürcüstan 690403.59 29117.22 281103.63 11841.86 409299.96 17275.36
Türkiyə 92636.75 4471.48 22058.44 1072.04 70578.31 3399.44

 

Son xəbərlər
Digər xəbərlər