7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan və Ermənistan fövqəladə vəziyyətlərdə bir-birlərini elektrik enerjisi ilə təmin edəcək

Gürcüstan və Ermənistan fövqəladə vəziyyətlərdə bir-birlərini qarşılıqlı olaraq elektrik enerjisi ilə təmin edəcək.

Müvafiq sənəd Gürcüstan və Ermənistanın dövlət elektrik sistemləri tərəfindən hazırlanılıb.

Razılaşma Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze və Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Akop Vardanyanın görüşü zamanı rəsmiləşdirilib.

Romeo Mikautadze bildirib ki, hər iki ölkə transsərhəd ötürücü şəbəkələri daha da inkişaf etdirə və bununla da elektrik enerjisi tranzit axınlarının artımına nail ola bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər