Gürcüstan və Macarıstanın xarici işlər nazirləri investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalayıblar.
Bu barədə Gürcüstan XİN məlumat yayıb.
Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvilinin sözlərinə görə, saziş iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə irəli aparacaq və yeni imkanlar yaradacaq.