2020-ci ilin ikinci rübü (aprel-iyun) ərzində Azərbaycanın xaricə satdığı elektrik enerjisinin həcmi 545.54 mln. kVt/s olub. Bu da Azərbaycana 23.79 mln. ABŞ dolları həcmində bu enerjinin satışına görə valyuta daxil olması deməkdir. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xaricə satılan elektrik enerjisinin əsas hissəsini (75%) 409.3 mln. kVt/s olmaqla Gürcüstana, 70.58 kVt/s Türkiyəyə və 57.22 mln. kVt/s həcmini isə Rusiya Federasiyasına satıb.
Cari ilin ilk rübündə isə Azərbaycan Gürcüstana 281.1 mln. kVt/s, Rusiya Federasiyasına 71,47 mln. kVt/s və Türkiyəyə isə 22,058.44 mln. kVt/s elektrik enerjisi satıb.
Azərbaycandan Gürcüstana ixrac edilən elektrik enerjisnin hər kVt/s-ı 0.0422 dollara, Rusiyaya 0.0501 dollar, Türkiyəyə isə 0.0481 dollara başa gəlmişdir.
İxrac olunan ölkə | Yanvar-iyun | 1-ci rüb | 2-ci rüb | |||
min kVt/s | min USD | min kVt/s | min USD | min kVt/s | min USD | |
Rusiya | 128686.56 | 7803.78 | 71469.78 | 4933.65 | 57216.78 | 2870.13 |
Gürcüstan | 690403.59 | 29117.22 | 281103.63 | 11841.86 | 409299.96 | 17275.36 |
Türkiyə | 92636.75 | 4471.48 | 22058.44 | 1072.04 | 70578.31 | 3399.44 |