Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səsvermə hüquqlarından istifadə edə bilməyəcəklər.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.
Spikerin sözlərinə görə, 2024-cü ildə keçirilmiş parlament seçkiləri seçicilərə informasiya və siyasi təzyiqin necə açıq və sərt şəkildə ola biləcəyini yaxşı göstərib.
Papuaşvili qeyd edib ki, parlament seçkilərində iştirak emək istəyən Gürcüstan vətəndaşı vətənə dönməli və yaşayış yeri üzrə səsvermədə iştirak etməlidir.
O bildirib ki, Gürcüstan daxilində səsvermə xarici oyunçuların təsirini azaldır, daha adekvat və düşünülmüş seçimi təmin edir: “Bu model beynəlxalq standartlara tam cavab verir, İrlandiya, Malta, İsrail və Ermənistan kimi ölkələrdə tətbiq olunur”.








