28 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan vasitəsilə Qazaxıstan neftinin nəqli artırılacaq

Gürcüstan Qazaxıstanla əlavə neft və neft məhsularının nəqli ilə bağlı fəal danışıqlar aparır.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili bildirib.

Onun sözlərinə görə, 2022-2023-cü illərdə Batumi neft terminalı vasitəsilə təxminən 2 milyon ton Qazaxıstanın neft və neft məhsullarının nəqli planlaşdırılıb.

Nazir müavini həmçinin qeyd edib ki, “Gürcüstan Dəmir Yolları” SC “orta dəhliz”ə quru yüklərin cəlb olunması üzrə fəal iş aparır:

“Bu ilin yanvar-fevral aylarında beynəlxalq dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin həcmi 1,8 milyon ton təşkil edib ki, bu da illik müqayisədə 10,7 % çoxdur. Hesabat dövründə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan (Qardabani-Axalkalaki və geri) TEU tipli konteynerlərin sayı 4 074 ədəd təşkil edib. Bu, ötən ilin eyni göstəricisindən 78,2 % çoxdur”, – deyə Q.Quramişvili qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər