16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Gürcüstan xarici vətəndaşlar üçün özünütəcrid rejimini ləğv edir

Screen Shot 2021 09 02 at 14.34.20

Gürcüstan hökumətinin qərarı ilə fevralın 1-dən ölkəyə səfər edəcək əcnəbi vətəndaşlar üçün məcburi özünütəcrid rejimi ləğv olunacaq.

Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazir deyib ki, bu qayda ilk olaraq Avropa İttiqafı ölkələri, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn vətəndaşları və rezidentlərinə şamil olunacaq.

Qeyd edək ki, Gürcüstana səfər edəcək xarici ölkə vətəndaşlarından sərhəddə son 72 saat ərzində aparılan “PCR” testinin mənfi nəticəsi ilə bağlı arayış təqdim etməli olacaqlar və həmin şəxslər 3 gündən sonra təkrar test verəcəklər. Koronavirus əleyhinə tam peyvənd olunan əcnəbilərdən isə bu sənəd tələb olunmayacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər