3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan XİN Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı bəyanat yayıb.

Bəyanatda Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə gəlişindən və Suxumidə işğalçı rejiminin nümayəndələri ilə görüşündən dərin narahatlıq ifadə olunub.

Qeyd olunub ki, Belarus Prezidentinin səfəri Gürcüstanın dövlət sərhədinin, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və XİN bu səfəri pisləyir.

“Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan bu cür hərəkətlərə yol verməməyə çağırırıq”, – deyə XİN-in bəyanatında bildirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər