Beynəlxalq Valyuta Fondu bildirib ki, Gürcüstanın əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sistemi təkmilləşdirilməlidir ki, gələcəkdə sistemdə tələblərin yığılmasının qarşısı alınsın. Qurumun Gürcüstan iqtisadiyyatına dair nəşr etdirdiyi illik məruzənin sonuncu buraxılışında qeyd olunub ki, ƏDV üzrə tələblərin azaldılması sahəsində böyük səylərin göstərilməsinə baxmayaraq, mövcud borcların azalması və gələcəkdə əlavə tələblərin yığılmasının qarşısının alınması üçün daha çox iş görülməlidir.

Vergi administrasiyasının 2016-cı ildə aparılmış diaqnostik qiymətləndirilməsi nəticəsində aşkara çıxarılmış çatışmazlıqlardan biri ödənilməmiş kreditlərin yığılıb qalması ilə ƏDV-nin qaytarılması sisteminin işlənib hazırlanması və fəaliyyət göstərməsi ilə bağlı olmuşdu. Hesabatda göstərilir ki, 2016-cı ildə ƏDV-yə tələbat ümumi daxili məhsulun 4,8 faizini təşkil edirdi, ödənilməmiş tələblərin səviyyəsi isə hər il qaytarılması iddia edilən vəsaitin 11 faizi qədər artırdı. BVF-nin mövqeyinə görə, ƏDV üzrə tələblərin artması bir sıra amillərlə, o cümlədən qaytarılmanın vergi ödəyicisinin müraciəti əsasında yalnız vergi orqanı tərəfindən icra edilməsi ilə bağlıdır: bu o deməkdir ki, ƏDV üzrə təmin edilməmiş iddialar vaxtı keçmiş borclara aid deyil.

Bundan əlavə, vergi ödəyiciləri belə hesab edirlər ki, onların vergi hesablarındakı həll edilməmiş qalıqlar yoxlama aparılması üçün az ehtimal yaradır. ƏDV-nin qaytarılmasının vaxtının keçməsinə səbəb olan amillərdən biri də vergi orqanının avtomatik qaytarmaları işləmək üçün ciddi meyarlara malik olmasıdır.

©Vergilər