9 C
Baku
Thursday, December 12, 2024

Gürcüstana əlavə 100 min doza Çin vaksini çatdırılacaq

Beynəlxalq Qırmızı Xaç Komitəsi Gürcüstana 100 min dozadan ibarət Çin istehsalı olan “Sinopharm” peyvəndi çatdıracaq.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze və humanitar təşkilatın nümayəndələri arasında keçirilən görüşdə məlum olub.

Nazir müavini Tamar Qabuniya bildirib ki, preparatın ölkəyə tədarükü ilə bağlı detallar yaxın gələcəkdə məlum olacaq.

Qeyd edək ki, qonşu ölkə Çin vaksininin 100 min dozadan ibarət ilk partiyasını aprelin 29-da əldə edib və preparatın tətbiqi ilə peyvəndlənməyə mayın 4-dən başlanılıb.

Son xəbərlər
Digər xəbərlər