14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Gürcüstana, Azərbaycan və Ermənistana satılan avtomobillərə görə $518 mln. valyuta axıb

faizlere

Gürcüstan yerləşdiyi coğrafi mövqeydən istifadə edərək xaricdən idxal etdiyi 517,73 mln. dolları həcimində avtomobilləri Azərbaycan və Ermənistana satıb. Bu barədə Banker.az Beynəlxalq Ticarət Mərkəzinin (İTC) göstəricilərinə istinadən xəbər verir.

Gürcüstan 2019-cu il ərzində 920,55 milyon dollarlıq (87 gömrük kodu ilə başlayan) yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, və onların hissələri və ləvazimatlarını ixrac edib. Ölkənin ixrac etdiyi milyarda yaxın olan nəqliyyat məhsulları öncəki illə müqayisədə 10 dəfədən çox artıb, lakin, ölkə bunu təkcə üzü üçün idxal etməyib. İdxal olunan nəqliyyat vasitələrinin 81%-ni yaxında yerləşən ölkələrə satıb ki, bu da 747,85 milyon dollarlıq Gürcüstana valyuta daxil olması deməkdir.

Ölkə idxal etdiyi bu nəqliyyat vasitələrinin (həmçinin hissələri) 266,83 milyon dolları həcimində Azərbaycana, 250,91 milyon dollar həcmində Ermənistana, 72,3 Ukraynaya və qalan 157,82 milyon dolları isə digər ölkələrə satılıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər