26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstana Azərbaycandan $27 milyon həcmində pul köçürülüb – 3 dəfədən çox artım

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 27.7 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.2 dəfə çoxdur.

Aprel ayında isə Azərbaycandan Gürcüstana pul köçürmələri illik müqayisədə 3.8 dəfə artaraq 9.1 milyon ABŞ dollarına bərabər olub.

Gürcüstandan Azərbaycana yanvar-aprel aylarında 5.5 milyon ABŞ dolları, apreldə isə 1.7 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

 

Son xəbərlər
Digər xəbərlər