12 C
Baku
Saturday, November 23, 2024

Gürcüstana gələn turistlər üçün səfər sığortasının təxirə salınması planlaşdırılır

Gürcüstana gələn turistlər üçün icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortanın 2026-cı il yanvarın 1-nə qədər təxirə salınması planlaşdırılır.

Qonşu ölkənin parlamentinə qanunun müvafiq bəndinin tətbiqini gələn ilin sonuna qədər dayandıran qanun layihəsi təqdim olunub.

Sənədi hakim “Gürcü arzusu” partiyasını təmsil edən deputatlar təqdim edib.

Xatırladaq ki, “Turizm haqqında” qanuna əsasən, Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası olmalıdır. Qeyd olunan şərt bu il iyunun 1-dən həyata keçirilməli idi. Layihənin təşəbbüskarlarının sözlərinə görə, “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarın hazırlanması prosesində bir sıra məsələlər müəyyən edilib. Bu da müvafiq tələbin 2026-cı il yanvarın 1-nə qədər tətbiq olunmamasını məqsədəuyğun edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər