12 C
Baku
Friday, December 5, 2025

Gürcüstana getmədən şirkət və bank hesabının qeydiyyatını həyata keçirmək mümkün olacaq

“Gürcüstanda gələn ilin yanvarın 1-dən etibarən elektron rezident proqramı tətbiq olunacaq”.

Banker.az-ın Report-un yerli bürosuna istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

Hökumət başçısı deyib ki, 34 ölkənin vətəndaşı Gürcüstana gəlmədən şirkət və bank hesabının qeydiyyatını həyata keçirə biləcək: “Bu təşəbbüs inqilabi əhəmiyyətə malikdir və Gürcüstanın maliyyə mərkəzinə çevrilməsinə imkan verəcək. Xarici ölkə vətəndaşları Gürcüstanda mövcud güzəştli vergi rejimlərindən istifadə edəcəklər”.

M.Baxtadzenin sözlərinə görə, 34 ölkənin, təqribən, hamısı iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdir.

Son xəbərlər
Digər xəbərlər