2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstana koronavius əleyhinə vaksin martın 13-də çatdırılacaq

“Gürcüstana koronavirus əleyhinə “Pfizer” vaksini planlaşdırılan vaxtdan əvvəl çatdırılacaq”.

Bunu Gürcüstanın səhiyə naziri Ekaterina Tikaradze keçirdiyi xüsusi brifinqdə deyib.

Nazir peyvəndin ölkəyə martın 13-də tədarük olunacağını bildirib.

E.Tikaradzenin sözlərinə görə, ilk mərhələdə Gürcüstan 43 200 doza vaksin əldə edəcək.

Qeyd edək ki, peyvəndin qonşu ölkəyə martın 22-dən sonra çatdırılacağı gözlənilirdi.

Son xəbərlər
Digər xəbərlər