25 C
Baku
Monday, July 15, 2024

Gürcüstana külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb – FOTO

Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “Qırmızı körpü” gömrük keçid məntəqəsindən Gürcüstana külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin vergi xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 21 milyon 680 min məbləğində rus rublu(498 min 640 manat) aşkarlanıb.

Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, Azərbaycan vətəndaşının sərhəddən keçirmək istədiyi vəsait müsadirə edilib.

Araşdırma davam etdirilir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər