26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 7% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində 1 404 028 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.

Bu barədə Gürcüstan Milli Turizm Agentliyinin hesabatında məlumat verilib.

Bildirilib ki, bu göstərici əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 92 121 nəfər və ya 7% artıb.

Təkcə cari ilin noyabrında isə Gürcüstana 114 657 Azərbaycan vətəndaşı səfər edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 552 nəfər və ya 8,1% artıb.

Azərbaycan həm cari ilin 11 ayı ərzində, həm də təkcə noyabr ayına olan göstəriciyə görə bu ölkəyə ən çox səyahətçi göndərən ikinci ölkə olub.

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstana ümumilikdə 8 690 352 xarici ölkə vətəndaşı səyahət edib ki, bu da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 584 523 nəfər və ya 7,2% çoxdur. Bütün səfərlərin yalnız 66%-i və ya 4 768 432-si turizm məqsədi ilə edilib. Turist kimi Gürcüstana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 281 837 nəfər və ya 6,3% artıb.

©APA

Son xəbərlər
Digər xəbərlər