26 C
Baku
Thursday, July 25, 2024

Gürcüstanda əcnəbilərin yaşayış izni almasına görə rüsumlar iki dəfə artırılıb

Gürcüstanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin yaşayış izni alması üçün rüsumların məbləği iki dəfə artırılıb.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, müvəqqəti yaşayış icazəsinin 10 iş günü ərzində alınması üçün ödəniş 30 laridən 60 lariyə (33 man), 5 iş günü ərzində alınması üçün isə 30 laridən 80 lariyə (45 man) qaldırılıb.

Əcnəbilər sənədi 3 gün ərzində əldə etmək istəyirlərsə, 50 lari əvəzinə 100 lari (56 man), 2 gün ərzində əldə etmək üçün isə 120 lari (67 man) ödəməli olacaqlar. Müraciət olunan gün sənədin alınması üçün isə rüsum 65 lari əvəzinə 150 lari (83 man) məbləğində müəyyən edilib.

Daimi və müddətsiz yaşayış icazəsinin alınması üzrə rüsumların məbləği da artırılıb. Belə ki, 30 və 20 təqvim günü ərzində sənədin əldə olunması üçün rüsumlar müvafiq olaraq 180 laridən 350 lariyə (195 man) və 300 laridən 500 lariyə (278 man) qədər qaldırılıb.

Yeni rüsumlar mayın 1-dən qüvvəyə minəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər