23 C
Baku
Friday, May 24, 2024

Gürcüstanda ərzaq və geyim qiymətləri bahalaşıb

Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8% artıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkədə illik inflyasiya isə 6,9%-ə bərabər olub.

Aylıq inflyasiya göstəricisi tütünsüz 0,8% təşkil edib.İllik müqayisədə qiymətlər 6,2% artıb.

Hesabat dövründə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,6%, süd, pendir və yumurtanın qiyməti 2,7%, ətin qiyməti 2,3%, tərəvəzlərin qiyməti 1,7%, yağlarıın qiyməti 1,6%, balığın qiyməti 1,4%, meyvə və üzümün qiyməti isə 1% bahalaşıb.

Geyim və ayaqqabı qrupunda qiymətlər 5,9% artıb. Geyimlər 3,9%, ayaqqabılar isə 10,9% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,5%, alkoqollu içkilər və tütünün qiyməti 13,8%, nəqliyyat xərcləri 3%, istirahət xərcləri 7,3%, restoran və mehmanxana xərcləri isə 6,9% artıb.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər