9 C
Baku
Şənbə, Dekabr 4, 2021

Gürcüstanda əyani tədris bərpa olunub

Bu gündən Gürcüstanın orta və ali məktəblərində dərslər bərpa edilib.

Təhsil alanlar sinif və auditoriyalarda qoruyucu maska taxmalı olacaqlar.

Qonşu ölkədə uşaq bağçaları da bu gündən açılıb. Həmçinin uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilib.

Qeyd edək ki, Gürcüstanda yeni 2021-2022-ci tədris ili sentyabrın 15-dən distant formada başlayıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X