Gürcüstanda əcnəbilər üçün multiviza tətbiq olunacaq

Gürcüstanda əncnəbilər üçün C5 kateqoriyalı yeni vizanın tətbiq olunacağı gözlənilir.

Bununla bağlı ölkənin “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna düzəlişlər hazırlanıb.

Layihəyə əsasən, yeni qısamüddətli multiviza (çoxdəfəlik giriş) Gürcüstanda 1 il müddətində qalmaq hüququ ilə 5 il müddətinə veriləcək. C5 kateqoriyalı viza Gürcüstana turistik səfərlə yollanan və işgüzar məqsədlə gələn qeyri-rezidentlər üçün nəzərdə tutulacaq. Vizanın həmin şəxslərin həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları üçün də rəsmiləşdirilməsi mümkün olacaq.

Hakim “Gürcü Arzusu” partiyasının təşəbbüskarı olduğu qanun layihəsi artıq parlamentə daxil olub və sürətləndirilmiş qaydada nəzərdən keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər