7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda ərzaq məhsulları bahalaşıb – inflyasiya 6,5% oldu

May ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,2% artıb.

Banker.az xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 6,5% təşkil edib.

Ötən ay restoran və mehmanxana xidmətləri 4,3%, sağlamlıq xidmətləri 1,3% bahalaşıb, nəqliyyat xidmətləri isə 2,4% ucuzlaşıb.

  • İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilər 14,7%,
  • Meyvə və üzüm 47,1%,
  • Süd, pendir və yumurta 24,6%,
  • Balıq 17,1%,
  • Qənd, cem, bal, şokolad və qənnadı məmulatları 14,5%,
  • Qəhvə, çay və kakao 13,9%,
  • Ət 13,5%,
  • Yağ 13,1%,
  • Mineral sular, içkilər, meyvə və tərəvəz şirələri 9,5 %,
  • Çörək 9,2%, tərəvəzlər isə 2,7% bahalaşıb.
Son xəbərlər
Digər xəbərlər