Gürcüstan Milli Bankı makroiqtisadi və daxili siyasi proseslər səbəbindən monetar siyasəti yenidən sərtləşdirə bilər.
Banker.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Milli Bankının rəhbəri Koba Qvenetadze parlamentin maliyyə-büdcə komitəsinin bugünkü iclasında söyləyib.
O deyib ki, əgər inflyasiya davam etsə, Milli Bank monetar siyasətini sərtləşdirəcək.
Bildirilib ki, ölkədə inflyasiya ilin əvvəlində proqnozlaşdırılan 3 faizə qarşı 6,9 faiz olub. Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb.
Ekspertlərin rəyinə görə, qiymət artımı əsasən ölkədə milli valyuta GEL-in dəyərini itirməsi ilə əlaqədardır.
Cari ilin 6 ayında lari ABŞ dolları ilə müqayisədə 10 faiz ucuzlaşıb.