6 C
Baku
Monday, December 16, 2024

Gürcüstanda 1995-1999-cu illərdə buraxılmış lari əsginasları qadağan edilib

Gürcüstan Milli Bankı 1995-1999-cu illərdə çap olunmuş bütü lari əsginaslarının istifadəsinə qadağa qoyub.

Banker.az xəbər verir ki, bu barədə çərşənbə günü tənzimləyicinin saytında dərc edilmiş məlumatda deyilir.

“Gürcüstan Milli Bankının qərarı ilə 2022-ci ilin yanvar ayından etibarən 1995-1999-cu illərdə buraxılış ili qeyd olunan lari əsginaslarından ödəniş vasitəsi kimi istifadə edilməyəcək. 2002-ci ildən bu günə qədər dövriyyəyə buraxılmış bütün nominal əsginaslar bütün ölkə ərazisində qanuni ödəniş vasitəsi elan edilmişdir. Bütün hüquqi və fiziki şəxslər bu əskinasları fasiləsiz qəbul edib, onlarla ödəniş etməyə borcludurlar”, – deyə mesajda bildirilir.

Milli Bank onu da bildirir ki, köhnə pul sahibləri onları tənzimləyici orqanın kassalarında yeni nümunələrə dəyişə bilər.

Gürcüstan larisi 1995-ci ildə respublikada yeganə qanuni ödəniş vasitəsi elan edilib. 2013-cü ildə əsginasın yenilənməsinə başlanıldı, bu, rəng sxeminin tənzimlənməsi, habelə əsginasın mühafizəsinin keyfiyyətinin yaxşılaşdırılması demək idi. 2016-cı il fevralın 1-dən 20 və 50 lari nominalında, həmin il noyabrın 1-də 100 lari nominalında, 2017-ci il sentyabrın 1-dən 5 lari nominalında, oktyabrın 1-də yeni əsginaslar dövriyyəyə buraxılıb. 2019 – 10 lari nominalda.

Son xəbərlər
Digər xəbərlər