27 C
Baku
Saturday, July 27, 2024

Gürcüstanda 39 nəfər prezidentliyə namizədliyini irəli sürüb

Gürcüstanda 39 nəfər prezident seçkilərində namizəd kimi iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin 20 nəfəri təşəbbüs qrupu, yerdə qalan 19 nəfər isə siyasi partiyalar tərəfindən irəli sürülüb: “Bu günə qədər 39 nəfərin yalnız 4-nün prezidentliyə namizədliyi qeydə alınıb. Bunlar “Xalqın səsi” Birliyindən Mixail Saluaşvili, “Yeni Gürcüstan-Vətəndaş Platforması”ndan Zviad Baqdavadze, Leyboristlər Partiyasından Şalva Natelaşvili və “Avropalı Gürcüstan” Partiyasından David Bakradzedir”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə namizədliyini vermək istəyən şəxslər seçki gününə 40 gün qalmış MSK-ya ən azı 23 923 imza təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər