1 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb

Bu gündən Gürcüstanda “Pfizer” vaksininin tətbiqi ilə koronavirus əleyhinə peyvəndlənmənin növbəti mərhələsinə başlanılıb.

Vaksinasiya 65 yaşdan yuxarı tibb işçiləri və vətəndaşları əhatə edəcək.

Proses Tbilisi, Batumi və Kutaisi şəhərlərində yerləşən 6 klinikada həyata keçiriləcək. Peyvənd vurdurmaq istəyən şəxslər “Pfizer” və “AstraZeneca” preparatları arasında seçim edə biləcəklər.

Qeyd edək ki, Gürcüstanda “AstraZeneca”nın tətbiqi ilə səhiyyə işçiləri arasında peyvəndlənməyə martın 15-dən start verilib. Qonşu ölkə 30 min dozaya yaxın “Pfizer” vaksinini martın 25-də ABŞ-dan tədarük edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər