8 C
Baku
Tuesday, March 19, 2024

Gürcüstanda 7 deputat parlament çoxluğunu tərk edib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının 7 deputatı parlament çoxluğunu tərk edib.

Banker.az Reporta istinadən xəbər verir ki, onlar bu addımları ilə qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasına etirazlarını bildiriblər.

Çoxluğu tərk edən deputatlar Tamara Çuqoşvili, İrina Pruidze, Giorgi Mosidze, Dmitri Tskitişvili, Tamar Xulordava, Sofo Katsarava və Zaza Xutsişvilidir.

Qeyd edək ki, T.Çuqoşvili parlamentin vitse-spikeri, S.Katsarava isə Xarici əlaqələr komitəsinin sədridir. 

Son xəbərlər
Digər xəbərlər