Gürcüstanda açıq havada tibbi maska istifadəsi tələbi ləğv edilir.
Müvafiq qərar Gürcüstan Qururmlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Bildirilib ki, martın 28-dən tibbi maskadan istifadə tələbi ləğv ediləcək və bu sadəcə tövsiyə xarakteri daşıyacaq.
Qapalı məkanlarda və ictimai nəqliyyatda isə tibbi maska istifadəsi saxlanılacaq.
Eyni qərarla iaşə obyektlərində, idman zallarında, incəsənət qalereyaları və digər mərasimlərin keçirildiyi məkanlarda say məhdudiyyəti götürülüb.
Distant fəaliyyət göstərən müəssisələrin işçilərinin iş yerlərinə qayıtmasına icazə verilib. Xaricdən qayıdan və PZR testi olmayan Gürcüstan vətəndaşlarının fərdi izolyasiya qaydası ləğv edilib.