10 C
Baku
Wednesday, December 10, 2025

Gürcüstanda ali təhsilin müddəti 4 ilə endirilib

Gürcüstan parlamenti “Ali təhsil” haqqında Qanuna düzəlişləri yekun oxunuşda qəbul edib.

Hökumətin təşəbbüsü əsasında hazırlanmış layihəni 79 deputat dəstəkləyib, 9-u isə əleyhinə olub.

Düzəlişlərə əsasən, universitet sistemintdə bəzi ixtisaslar istisna olmaqla bakalavr təhsilinin müddəti 3, magistr təhsilinin müddəti isə 1 il müəyyən edilib. Akademik ali təhsil çərçivəsində bakalavr səviyyəsində təhsil proqramı ən azı 180, magistr pilləsində isə ən azı 60 kredit təşkil edəcək.

Əsas düzəlişlərdən biri də ali təhsil sistemində qrant modelinin ləğvi ilə bağlıdır. Bundan sonra Gürcüstan vətəndaşları dövlət ali məktəblərində həm bakalavr, həm də magistr pilləsində tam ödənişsiz təhsil alacaqlar, lakin fakültələr üzrə kvotalar tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Gürcüstan universitetlərində bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistr pilləsi üzrə isə 2 il təşkil edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər