9 C
Baku
Friday, December 13, 2024

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən bahalaşa bilər

Gürcüstanda avtomobil yanacağının (benzin və dizel) qiymətinin yenidən artacağı gözlənilir.

Gözlənilən qiymət artımı Rusiya hökumətinin daxili bazarı sabitləşdirmək üçün benzin və dizel ixracını müvəqqəti dayandırması ilə izah edilir. Ekspertlərin fikrincə, bu məhdudlaşdırma Gürcüstanın yanacaq bazarında ciddi problemlər yaradacaq və qiymət artımı qaçılmaz olacaq.

Rusiya Gürcüstan üçün əsas yanacaq tədarükçüsü hesab olunur. Belə ki, ölkənin illik idxal etdiyi ümumi benzin və dizel yanacağının 80 faizi Rusiyanın payına düşür.

Son xəbərlər
Digər xəbərlər