13 C
Baku
Friday, April 19, 2024

Gürcüstanda avtomobili olanlar vergi ödəməli olacaq

Gürcüstanda üç və ya daha çox avtomobilə sahib ailələrə əlavə verginin tətbiq edilməsi təklif olunub.

Banker.az xəbər verir ki, bu təklif Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar komitəsinin parlamentə təqdim etdiyi “Tbilisidə hava keyfiyyəti” adlı araşdırmasında yer alıb.

Komitənin üzvü, deputat Giorgi Xatidze bildirib ki, sənəddə bu məsələnin aidiyyəti qurumlarla müzakirəsi tövsiyə olunub: “Tbilisidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına ehtiyac duyulur. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrindən istifadə edənlər üçün stimul yaradılmalıdır”.

Araşdırmada həmçinin Tbilisidə avtomobilə görə verginin mühərrikin həcminə görə müəyyən edilməsi təklif olunub. Bu halda kiçik mühərrikli maşınların sahibləri nisbətən az vergi ödəməli olacaqlar.

Son xəbərlər
Digər xəbərlər