Gürcüstanda Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb

Bu gün Gürcüstanda Azərbaycan kapitalı ilə üç mindən çox şirkət qeydiyyatdan keçib.

Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Onun sözlərinə görə, şirkətlərdən mindən çox aktiv fəaliyyət göstərir.

“Azərbaycanda Gürcüstan kapitallı 600-dən çox şirkət qeydiyyata alınıb. Ölkələrimiz ticari-iqtisadi əməkdaşlığı davam etdirir. Biz bu istiqamətdə böyük potensial görürük”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər