Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək dördzolaqlı avtomagistralın tikintisi 2031-ci ilin sonuna qədər tam başa çatdırılacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, avtoban Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsindən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” və Ermənistan sərhədindəki “Sadaxlı” gömrük-keçid məntəqəsinə qədər uzanacaq.

“Bu avtomagistral həmçinin Tbilisidən yan ötəcək və bu da paytaxtdakı nəqliyyat sıxlığının azaldılması baxımından böyük əhəmiyyət kəsb edir”, – deyə Baş nazir əlavə edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər