Bu gün Gürcüstanda Azərbaycan kapitalı ilə üç mindən çox şirkət qeydiyyatdan keçib.
Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.
Onun sözlərinə görə, şirkətlərdən mindən çox aktiv fəaliyyət göstərir.
“Azərbaycanda Gürcüstan kapitallı 600-dən çox şirkət qeydiyyata alınıb. Ölkələrimiz ticari-iqtisadi əməkdaşlığı davam etdirir. Biz bu istiqamətdə böyük potensial görürük”, – deyə o bildirib.