3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda bahalaşma: nazir vəd verdi

“Ukrayna-Rusiya müharibəsi həqiqətən yeni çağırışlar yaratdı. Qiymət artımı tendensiyaları bütün ölkələrdə var. Ona görə də bu, istənilən hökumətin üzləşdiyi problemdir”.

Bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, jurnalistlərə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan bu vəziyyətdə ortaya çıxan problemləri bir şəkildə tarazlaşdırmaq üçün çalışır:

“Bizim üçün, əlbəttə, bir çox əlavə çağırışlar var, çünki qlobal tendensiyalarla yanaşı, onlar Gürcüstan iqtisadiyyatına birbaşa təsir göstərir, çünki Gürcüstanın valyuta gəlirlərinin böyük hissəsi iki ölkədən – Ukrayna və Rusiyadan asılıdır. Bu vəziyyətdə ortaya çıxan problemləri bir şəkildə tarazlaşdırmaq üçün çalışırıq. Onlardan biri Beynəlxalq Valyuta Fondu ilə imzaladığımız və “stand-by” rejimində olan yeni proqramdır. Biz 249 milyon dollar alacağıq, bu əlavə maliyyə resursudur, makroiqtisadi sabitliyimizi qorumaq üçün ondan müxtəlif ehtiyaclara uyğun istifadə etməyə imkan verəcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər